Ukrayna və Rusiya arasında danışıqlar 2025-ci ilin birinci yarısında baş tuta bilər. Bu barədə CNN Ukrayna və Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiyev və Moskva arasında danışıqlar 2024-cü ilin noyabrında Kamala Harris seçkilərdə qalib gələcəyi təqdirdə, bu ilin birinci yarısına planlaşdırılmışdı.
Trampın andiçmə mərasimi ərəfəsində isə Bayden administrasiyası Ukraynaya göndərəcəyi təqribən 500 milyon dollar məbləğində olan hərbi yardımın yekun tranşını açıqladı: "Müdafiə naziri Lloyd Ostinin Almaniyadakı Ramşteyn Hava Bazasında ABŞ-nin rəhbərlik etdiyi Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun son iclasında bu rəqəmin təfərrüatlarını açıqlayacağı gözlənilirdi. ABŞ rəsmiləri bu il müharibəyə son qoymaq üçün mümkün danışıqlardan əvvəl Ukraynaya ən böyük təsir imkanlarını verməyə çalışdıqlarını deyirlər. Gözləntilər var idi ki, Ağ Ev qarşıdan gələn inauqurasiyadan əvvəl və Ukraynanın davamlı təzyiqləri fonunda Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə bilər. Baydenin cümə günü Romada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməsi planlaşdırılırıd. Ehtimal ki, bu, onların son görüşü olacaqdı. Lakin Ağ Ev çərşənbə günü Kaliforniyada tüğyan edən meşə yanğınlarına diqqət ayırmaq üçün səfəri ləğv etdiyini açıqladı".
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural