Zelenski Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini tezliklə qəbul edəcəyinə ümid edir

Zelenski Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketini tezliklə qəbul edəcəyinə ümid edir
17:04

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) fevralın sonunda Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edəcəyinə ümid edir.

News365.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zelenski öz teleqram kanalında yazıb.

"Artıq indi də görürük ki, bizim bir çox təkliflərimiz nəzərə alınıb", - o vurğulayıb.

Prezident həmçinin Rusiya tanker donanmasına xidmət göstərən və sanksiya altında olan nefti daşıyan şirkətlərə, eləcə də Ukraynaya və onun tərəfdaşlarına qarşı kiberhücumlarla əlaqəsi olan şəxslərə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzaladığını bildirib.


Sizin reklam burada
Sizin reklam burada