ABŞ-ın satışına icazə verdiyi 500 PAC-3 Patriot raketinin çatdırılması bir neçə il davam edə bilər.
News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Telegram hesabında qeyd edib. O, tərəfdaşları bu qış mövcud ehtiyatlarından tutucuları verməyə və sonradan istehsal yolu ilə öz arsenallarını doldurmağa çağırıb: "Beş yüz PAC-3 tutucusu vacibdir və bu qış bu, çox təsirli bir müdafiə paketi ola bilər. Lakin bildirilir ki, çatdırılmalar bir neçə il ərzində başlamaya bilər. Biz amerikalı tərəfdaşlarımızdan real təhlükə və PAC-3-dən istifadəyə real ehtiyac olduğu zaman - indi bir həll yolu tapmalarını xahiş edirik".