Zaxarova Londonun Kiyevə sülhməramlı göndərmək planına münasibət bildirib

Zaxarova Londonun Kiyevə sülhməramlı göndərmək planına münasibət bildirib
11:10

"Britaniya kosmosa heç kimi göndərə bilmir".

Bunu Rusiya mediasına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Londonun Ukraynaya sülhməramlılar göndərmək planlarını şərh edərkən deyib.


“Britaniya astronavtları kosmosa göndərə və ya kosmik stansiyaya yerləşdirə bilməz. Onlar Arktikada nüvə enerjisi ilə işləyən buzqıran gəmi də yerləşdirə bilməzlər. Hətta öz ərazisində qabaqcıl klinikaları yerləşdirə bilməzlər", - Zaxarova deyib.


Zaxarova fikrini belə izah edib ki, London 20-ci əsrdə elmi-texniki inqilabı uduzub və keçmiş üstünlüklərindən istifadə edərək intriqa, müstəmləkəçilik, piratlıq və oğurluqlara əl atıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, belə bir heyətlə uzağa getmək mümkün deyil.

Xatırladaq ki, xarici KİV Böyük Britaniyanın Ukrayna ərazisində qeyri-müəyyən müddətə sülhməramlı kontingent yerləşdirəcəyinə dair məlumat yayıb  “The Times” nəşri yazıb ki, Ukrayna ərazisinə 10 minə yaxın sülhməramlının göndərilməsi planlaşdırılır.

Ukrayna hakimiyyəti potensial razılaşmalara əməl olunmasına effektiv nəzarət etmək üçün 100 min sülhməramlının göndərilməsini tələb edir. Rusiya tərəfi isə NATO ölkələrindən Ukraynaya sülhməramlıların göndərilməsinin qəti əleyhinədir.

Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron da bəyan etmişdi ki, Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın razılığı olmadan Ukraynaya sülhməramlılar göndərə bilər. "Le Parisien" qəzetinin məlumatına görə, müvafiq plan artıq təsdiq olunmaq üzrədir və proseslər son mərhələdədir. Rusiya Xarici İşlər Nazirliyi Makronu Parisi münaqişə tərəfinə çevirməkdə və bunun üçün hər hansı bəhanə tapmağa çalışmaqda ittiham edib.

Tural

Sizin reklam burada
Sizin reklam burada