2-ci sinif testləriində adı çəkilən Arek, Darek və Marek kimdir? - VİDEO

2-ci sinif testləriində adı çəkilən Arek, Darek və Marek kimdir? - VİDEO
11:47

Dərsliklər və test kitabçaları ilə bağlı şikayətlər durmadan artır. Valideynlər və ekspertlər təkcə sualın məzmunu ilə deyil, həm də istifadə edilən termin və ifadələrdən ciddi şəkildə narızıdırlar.

Məsələn bir valideyn sosial şəbəkədə  sınaq imtahanlarında təqdim olunan sualların məzmunundan narazılıq edib.

News365.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə 2-ci sinif şagirdləri üçün nəzərdə tutulan testlərdə istifadə olunan adlar və məntiq sualları uşaqların yaş səviyyəsinə uyğun deyil.

Valideyn bildirib ki, imtahan suallarında “Arek, Darek və Marek” kimi Azərbaycan dilinə və mühitinə yad olan adlardan istifadə olunub:

“Bu nə adlardır yazıblar? Azərbaycan bölməsidir, heç olmasa Azərbaycan adları olsun. Bizdə belə adlar yoxdur, uşağın beynini qarışdırırlar.”

Narazılıq doğuran digər suallardan biri isə məntiq tapşırığı ilə bağlı olub. Valideyn qeyd edib ki, İstanbulda bir pişiyin balaları ilə bağlı verilən sual həm mürəkkəb, həm də məntiqsiz sualdır:

“İstanbuldakı bir pişiyin 7 balası var. Erkəklərdən birinin adı Albertdir, dişilərdən birinin adı Stelladır. Stellanın qardaşlarının sayı Albertin qardaşlarının sayından iki dəfə çoxdur. Stellanın neçə bacısı var? Mən susuram.”



Sizin reklam burada
Sizin reklam burada