Nazirlikdən əhaliyə xəbərdarlıq: Güclü səslər eşidiləcək

Nazirlikdən əhaliyə xəbərdarlıq: Güclü səslər eşidiləcək
09:59

Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada