Zaqatalada 2 yaşlı uşaq çayda boğulub

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub
12 İyl 2025 19:45

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

News365.az xəbər verir ki, hadisə günorta saatlarında Tala çayının Yuxarı Tala kəndi ərazisindən axan hissəsində baş verib. Rayonda yaşayan Əfəndi İsmayılov ailəsi ilə birlikdə çay kənarında istirahət edərkən azyaşlı qızı - 2023-cü il təvəllüdlü Səfiyyə İsmayılova valideynlərinin nəzarətindən yayınaraq suya düşüb.

Azyaşlı qız axtarışdan sonra sudan çıxarılıb və hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər onun həyat əlamətlərinin olmadığını müəyyən ediblər.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada