ABŞ Hindistandan idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumlarını artırıb.
News365.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, yeni qaydalar bu gün Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən qüvvəyə minib.
Məlumata əsasən, dəyişikliklər humanitar yüklərə, artıq yola çıxmış mallara və qarşılıqlı ticarət proqramları çərçivəsində idxal olunan məhsullara şamil olunmur. Əsas təsirin isə tekstil və zinət əşyaları sektoruna olacağı gözlənilir.
Ekspertlərin fikrincə, Vaşinqtonun bu addımı Hindistanla münasibətlərin gərginləşməsinə səbəb ola bilər.
Qeyd edək ki, ABŞ daha əvvəl rüsumların artırılacağını elan etmiş və qərarını Hindistanın Rusiyadan enerji resursları almağa davam etməsi ilə əlaqələndirmişdi.
News365.az