Kürdəmirdə iki avtomobil toqquşub

Kürdəmirdə iki avtomobil toqquşub
26 Avq 2025 21:45

Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

News365.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində baş verib. 

Belə ki, "Mercedes" markalı minik avtomobili "Chevrolet" markalı digər minik avtomobili ilə toqquşub. 

Qəza nəticəsində "Mercedes"in sürücüsü, 1986-cı il təvəllüdlü Vahid Firuz oğlu Alıyev hadisə yerində ölüb. 

Hələlik şəxsiyyəti müəyyən edilməyən bir nəfər də müxtəlif dərəcəli xəsarətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada