Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - VİDEO

Bu yolda sürücülər istiqaməti ayırd edə bilmirlər - VİDEO
13:04

Bakının Yasamal rayonu kənar dairəvi yolun köməkçi hissəsi ikitərəfli olsa da, sürücülər yolun birtərəfli olduğunu zənn edirlər. Bu da günün istənilən vaxtında qəza şəraiti yaradır. 

News365.az xəbər verir ki, bu problemlə bağlı “Xəzər TV”yə ərazidə yaşayan sakinlər müraciət ediblər.  Onların sözlərinə görə, üzü “Şamaxinka” istiqamətində hərəkət edən sürücülərin yolu birtərəfli bilmələrinə səbəb düz xəttin silinməsidir.   

Bir müddət əvvəl yeraltı kommunikasiya xətləri yeniləndiyindən yolun sağ və sol hissəsində qazıntı işləri aparılıb. Bu da yolun daralmasına səbəb olub, nəticədə sürücülər istiqaməti ayırd edə bilmirlər. Sakinlər bildiriblər ki, bu vəziyyət həm gündüz, həm də axşam saatlarında ciddi təhlükə yaradır.   

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun qazılan hissəsinə bir qat asfalt vurulub, yaxın günlərdə də ikinci qat vurulacaq.




Sizin reklam burada
Sizin reklam burada