Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.
News365.az xəbər verir ki, avqustun 26-da polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirdikləri tədbirlər zamanı 1 avtomat, 1 tapança, 4 tüfəng, 5 patron darağı və 122 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.