Adanada suvarma kanalında əti yüzlərlə at və eşşək sümüyü tapılıb.
News365.az "TRT Haber"ə istinadən xəbər verir ki, yüzlərlə at və eşşək kəsildikdən sonra qalan hissələr gölməçəyə atılıb. Onlar ətraf ərazidəki it və pişiklər tərəfindən çıxarılaraq ətrafa dağıdılıb.
Ətrafa yayılan pis qoxu sakinləri narahat etdiyi üçün onlar müvafiq qruplara məlumat veriblər.
At və eşşək əti qalıqlarının əraziyə kimin atdığını müəyyən edə bilməsə də, ərazidə təmizlik işləri aparıblar.
Araşdırma aparılır.