Laçında qəzaya düşən şəxs xəstəxanada VƏFAT ETDİ

Laçında qəzaya düşən şəxs xəstəxanada VƏFAT ETDİ
04 İyn 2025 15:00

1 iyun tarixində Laçında yol qəzasına düşərək xəsarət alan Rafiq Əliyev Bərdə rayon mərkəzi xəstəxanasında ölüb.

News365.az xəbər verir ki, sözügedən hadisə Laçının Hacısamlı kəndi ərazisində, "Mitsubishi" markalı avtomobil vasitəsinin qum təpəciyinə çırpılması nəticəsində baş verib.

Nəticədə maşında olan dörd nəfər xəsarət alıb. Onlardan biri də Rafiq Əliyev olub.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada