Ermənistanın Yol Departamenti İranla bağlı məlumat yayıb. Qurumun cümə günü verdiyi məlumata görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Ermənistandan İrana gedən yolun bir hissəsi bağlanıb.
"Saat 09:00-dan etibarən Noravan-Ltsen-Tatev yolunda bütün nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Dövlətlərarası avtomobil yolunun digər hissəsi - Şinuayr-Tatev - ağır yük maşınları və qoşqulu yük maşınları üçün bağlıdır",- məlumatda qeyd edilib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti bəyan edib ki, Vanadzor-Dilican, Vanadzor-Stepanavan, Vanadzor-Alaverdi və Vanadzor-Spitak yolları, Spitak aşırımları, Noyemberyan-Voskepar-Kirants da yük maşınları üçün bağlıdır. Dilicanda serpantin yolda hərəkət çətinləşib.
Bəzi müxalif saytlar yaranan durumu ciddi "yol böhran"ı adlandırıblar.
Tural