Yunanıstan Türkiyəni hədəf alıb

Yunanıstan Türkiyəni hədəf alıb
02 Sen 2025 20:45

Yunanıstan Aralıq dənizində gərginliyi yenidən artıran təxribatçı addım atıb.

News365.az “Musavat.com”a istinadla xəbər verir ki xəbər verir ki, bununla bağlı Türkiyənin “Sabah” qəzetində məlumat yayılıb.

Qəzetin xəbərinə görə, “Great Sea Interconnector” layihəsini yenidən başlatmağı planlaşdıran Afina hökuməti Türkiyəyə qarşı addımlar atıb.

“Kathimerini” qəzetinə danışan yunan hərbi mənbələri həyasızcasına “Hər cür ssenariyə hazırıq” deyərək Ankaranı hədəf alan aqressiv mövqelərini nümayiş etdirib.

Xatırladaq ki, ötən aylarda İsrail mərkəzli Kanal 12 (N12) xəbər qurumu “Şərqi Aralıqda Türk fırtınası” başlıqlı yazısında Yunanıstanın “Great Sea Interconnector” layihəsinin Türkiyənin diplomatik təzyiqi səbəbindən ikinci dəfə təxirə salındığını bildirmişdi. Xəbərə görə, İsraili Cənubi Kipr Rum Administrasiyası (CƏR) üzərindən Avropaya birləşdirən bu layihə Yunanıstanla Türkiyə arasında artan təhlükəsizlik gərginliyi səbəbilə çıxılmaz vəziyyətə düşmüşdü. İsrailli və yunan rəsmiləri də layihənin Ankara-Afina gərginliyi üzündən dayanma nöqtəsinə çatdığını təsdiqləmişdilər.

Lakin “Kathimerini” qəzeti yazır ki, hazırda yunan ordusu “Türkiyədən gələ biləcək reaksiyalara qarşı hərbi hazırlıq vəziyyətindədir”. Məlumata əsasən, Yunan Hərbi Dəniz Qüvvələri Cənubi Kiprin şərqindən Liviyaya qədər nəzarət aparır, hava nəzarəti isə Heron tipli pilotsuz uçuş aparatları ilə həyata keçirilir. Bu payız işlərə yenidən başlaması gözlənilən araşdırma gəmisinin yunan hərbi gəmilərinin müşayiəti ilə hərəkət edəcəyi iddia olunur.

“Yunanıstan bölgədə daimi olaraq dörd suüstü birliyi saxlayır: Livan sahillərində BMT-nin UNIFIL qüvvəsi ilə bir freqat, Kritin cənubunda bir freqat və dəstək gəmisi, Benqazi sahillərində Avropanın İrini Əməliyyatı çərçivəsində bir freqat. Bundan əlavə, Şərqi Egey dənizində raket katerləri və hücum katerləri yerləşdirilib”, - deyə xəbərdə qeyd olunur.


Sizin reklam burada
Sizin reklam burada