"Yüksəliş"in qalibinə yeni vəzifə verildi

"Yüksəliş"in qalibinə yeni vəzifə verildi
13:45

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) yeni təyinat olub.

News365.az xəbər verir, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Şahlar Məmmədov AZCON-un korporativ hüquq və müqavilələrin idarəedilməsi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, eyni zamanda, ADA Universitetində Hüquq fakültəsinin praktiki təcrübə üzrə professoru kimi yeni fəaliyyətinə başlayıb.

Qeyd edək ki, Şahlar Məmmədov Dördüncü "Yüksəliş” müsabiqəsinin qalibidir.


Sizin reklam burada
Sizin reklam burada