Yol nişanları ilə bağlı yayılan xəbərlərə DYP-dən RƏSMİ AÇIQLAMA

Yol nişanları ilə bağlı yayılan xəbərlərə DYP-dən RƏSMİ AÇIQLAMA
15:34

Altı rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə News365.az-a Bakı Şəhər baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur.

Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq.


Sizin reklam burada
Sizin reklam burada