Xocalıda 53 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində ölüb.
News365.az xəbər verir ki, hadisə rayonun Naxçıvanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Ağdam rayon Kolqışlaq kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Nüşrəvan cərəyan vurması nəticəsində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.