Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VIDEO

Əfqanıstan Pakistanın hərbi bazasına zərbə endirdi - VIDEO
19:42

Əfqanıstan Hərbi Hava Qüvvələri Pakistanın Vana şəhərində yerləşən hərbi bazaya zərbə endirib.

Bu barədə Əfqanıstanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, söhbət Pakistanın Hayber-Paxtunxva əyalətinin Cənubi Vəziristan dairəsinin inzibati mərkəzində yerləşən hərbi obyektdən gedir. Əfqanıstan tərəfi zərbənin Pakistan Hərbi Hava Qüvvələrinin gecə saatlarında Qəndəhar əyalətinə endirdiyi hücuma cavab olaraq həyata keçirildiyini bildirib.


Həmin hücum zamanı narkotik asılılığından müalicə alanların yerləşdirildiyi xəstəxana bombalanıb, lakin ölən olmayıb.

Əfqanıstan Müdafiə Nazirliyinin məlumatına görə, Vana şəhərindəki bazaya endirilən zərbə nəticəsində komandanlıq qərargahının şəxsi heyətinin böyük hissəsi məhv edilib və Pakistan ordusu canlı qüvvə baxımından ciddi itkilər verib.

Xatırladaq ki, fevralın sonunda Pakistanın müdafiə naziri Xavaca Asif Əfqanıstanla açıq qarşıdurmanın başladığını bəyan etmişdi. Onun sözlərinə görə, "Taliban" Əfqanıstanı Hindistanın təsiri altına salıb və ölkəni müxtəlif terror qrupları üçün sığınacağa çevirib.


Sizin reklam burada
Sizin reklam burada