Yeni tədris ilində nəyə diqqət etməliyik?

Yeni tədris ilində nəyə diqqət etməliyik?
12 Sen 2024 10:24

Yeni tədris ili başlayır. Təbii ki, bu məsələ ən çox valideynləri narahat edir. Çünki, tədris ili boyunca  valideynlər həm maddi, həm də mənəvi cəhətdən yorulurlar. Ona görə ümid edək ki, bu dəfəki tədris ilində valideynlərin yükü, qayğıları daha az olacaq.

 

Mövzu ilə bağlı News365.az –a danışan pediatr Vaqif Qarayev bildirib ki, ümid edək, bu il artıq valideynlər yox, uşaqların özü oxuyacaq:

“Bununla belə çalışın ilk növbədə birincilərin görmə və eşitməsini yoxladın. .Düzgün oturma qaydasını evdə öyrətmək lazımdır. Sinifdəəllim 35-40 uşağa nəzarət edə bilməyəcək. Məktəbli çantası yenə problem olaraq qalır...valideynlər allı-güllü, iri çantalarla yox, uşağın boyuna və çəkisinə uyğun çantalarla maraqlanmalıdır.  Funksional olsun, uşağın qamətinə və yerişinə zərər verməsin. Məktəblər indidən köməkçi dərs vəsaitlərinin vacibliyi barədə valideynləri xəbərdar etsə, yaxşıdır. Yoxsa, məktəb başlayan kimi çantaları yenə valideynlər daşıyacaq”.

 

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər