Pensiyası gecikdirilən şəxsin işığı niyə kəsilir? - Tural İrfan yazır

Pensiyası gecikdirilən şəxsin işığı niyə kəsilir? - Tural İrfan yazır
18 Sen 2024 09:46

“Cəmiyyətimizdəki təzadlar davamlı olaraq məni təəccübləndirir. Təəccübləndiyim məqamlardan biri də həyatımızdakı yanaşmalardır. Məsələn, pensiyalar hər dəfə fərqli günlərdə verilir.

Bəs, pensiyaların hər ay müxtəlif vaxtlarda verilərək gecikdirilməsi nə ilə izah olunur?

Amma internetin, işıq, qazın, suyun pulunu dərhal ödəməsən işlədə bilmirsən yaxud gəlib kəsirlər. Pensiyasını ayın 10 da almalı olan adamın təqaüdü 10 gün gecikirsə, lap 3 gün geciksə belə qaz, işıq, su üçün də karta yükləməyə pulu yoxdursa nə etməlidir? Avans da verilmir. Yaşa görə kredit də verilmir. 70-80 yaşlı adamın yola çıxıb dilənməsi də çətindir. Çoxu ayaq üstə dura bilmir, yaxud xəstədir. Madam elədirsə, gecikməyə görə DSFM niyə cərimə ödəmir? Amma, bir gün gecikməyə görə işıq, qaz və hətta internet kəsilir.

Tural İrfan, MCP-nin sədr müavini


Youtube kanalımız

Oxşar xəbərlər