"ABŞ və Rusiya arasındakı gərginlik problemin dərinləşməsinə səbəb olur" - Tural İsmayılov

"ABŞ və Rusiya arasındakı gərginlik problemin dərinləşməsinə səbəb olur" - Tural İsmayılov
18 Sen 2024 10:35

"Zəngəzur dəhlizinin açılmasını şərtləndirən 10 Noyabr bəyanatında Azərbaycanla Ermənistandan başqa Rusiyanın da imzası var və Rusiya dəhlizə sərhəd xidmətinin əməkdaşlarının  təhlükəsizlik baxımından nəzarət etməsi göstərilir, amma Ermənistan bu gün Rus seymesinin orda olmağını istəmir"

Politoloq Tural İsmayılov bunu News365.az-a açıqlamasında deyib.

"Zəngəzur dəhlizi ətrafında müxtəlif manipulyasiyaların aparıldığını görürük. Əslində bu dəhlizlə bağlı beynəlxalq birliyin ortada səmimi , aydın və dürüst mövqeləri mövcud  deyil.  Nəticədə Ermənistanın Zəngəzur dəhlizi məsələsini manipulyasiya etməyinə səbəb olur. Beynəlxalq birlik dəhlizin açılmağı ilə bağlı məsələdə fərqli mövqelərə malikdirlər. Aydındır ki, Zəngəzur dəhlizinin açılmasını şərtləndirən 10 Noyabr bəyanatında Azərbaycanla Ermənistandan başqa Rusiyanın da imzası var və Rusiya dəhlizə sərhəd xidmətinin əməkdaşlarının  təhlükəsizlik baxımından nəzarət etməsi göstərilir, amma Ermənistan bu gün Rus seymesinin orda olmağını istəmir.  Bu gün Amerika Birləşmiş Ştatları da Zəngəzur dəhlizini kommunikasiya və logistika lahiyəsi kimi dəstəkləsə də  onlar da Amerika Birləşmiş Ştatları Rusiyanın dəhlizdəki təhlükəsizlikdən məsuliyyət daşımağını istəmir. Bu da əlbəttə ki, ABŞ, Fransa və İran kimi dövlətlərin Zəngəzur dəhlizini açılmasını əngəlləmə məsələsində eyni nöktədə çıxış etməyə çalışdıqları görünür. Bunlarda Cənubi Qafqaz regionunda sülh və sabitliyin əleyhinə olur və təəssüf ki, problemin nəinki həll olunmasına, hətta dərinləşməsinə səbəb olur"- deyə politoloq vurğulayıb. 


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər