Bu universitetdə yeni fakültə yaradıldı

Bu universitetdə yeni fakültə yaradıldı
13 Sen 2024 17:16

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb. Bu barədə qərar universitetin Elmi Şurasının iclasında qəbul olunub.

News365.az xəbər verir ki, universitetdə informasiya texnologiyaları ixtisaslarının ali təhsilin əsas baza istiqamətinə çevrilməsi zərurəti nəzərə alınaraq informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri ixtisaslarını özündə birləşdirən İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.

Fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılacaq.

Üç kafedradan (İnformasiya texnologiyaları və proqramlaşdırma, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi, Riyaziyyat və kompüter elmləri) ibarət olan fakültədə dərslər elmlər doktorları, fəlsəfə doktorları, professor və dosentlər daxil olmaqla, böyük təcrübəyə malik müəllimlər tərəfindən tədris ediləcək.

Fakültədə bu ildən etibarən 4 bakalavr, 2 magistr ixtisası üzrə ümumilikdə 1100-dən çox tələbə təhsil alacaq.


Youtube kanalımız

Oxşar xəbərlər