Ermənistan prezidenti onu "Dostluq" ordeni ilə təltif etdi

Ermənistan prezidenti onu "Dostluq" ordeni ilə təltif etdi
18 Sen 2024 21:38

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Almaniya Bundestaqının Xarici Əlaqələr Komissiyasının sədri Mixael Rotla görüşüb.


News365.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.


Görüş zamanı Ermənistan-Almaniya və Ermənistan-AB arasında çoxtərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə olunub. Tərəflər regionun inkişafı və ümumi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.


Hər iki tərəf Cənubi Qafqazda sabit və davamlı sülhün bərqərar olmasının və bu istiqamətdə ardıcıl səylərin yönəldilməsinin vacibliyini vurğulayıb.


Görüşün sonunda Xaçaturyan Ermənistan və Almaniya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafındakı töhfəsinə görə Mixael Rotu “Dostluq” ordeni ilə təltif edib.


Youtube kanalımız

Oxşar xəbərlər