"ABŞ dəhlizin Rusiyanın nəzarəti altında olmasının əleyhinədir"- Politoloq

"ABŞ dəhlizin  Rusiyanın nəzarəti altında olmasının əleyhinədir"- Politoloq
18 Sen 2024 10:11

"ABŞ Zəngəzur dəhlizinin açılmasını istəsə də yolun Rusiyanın nəzarəti altında olmasının əleyhinədir"

Politoloq Zeynal Əmrəliyev bunu News365.az-a açıqlamasında deyib.

"Amerika Birləşmiş Ştatları həqiqətən çalışır ki, bu dəhliz açılsın, ancaq dəhlizin Rusiyanın nəzarəti altında olmasını istəmir, ya da rəsmi Vaşinqtonu narahat edən əsas amil məhz budur. Burda Azərbaycanın həlledici rolu çox mühüm əhəmiyyət kəsb edir. Bunu Moskva həm də Vaşinqton yaxşı başa düşürlər. Sonunda Azərbaycanın nə dediyi əhəmiyyətlidir.  Hansısa bir dövlətin başqa bir şey istəməsindən asılı olmayaq Azərbaycanın dediyi olacaq"- deyə politoloq bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər