"Orta məktəblərdə iqtisadiyyat bərbad gündə tədris olunur" - İqtisadçı alimdən ETİRAZ

"Orta məktəblərdə iqtisadiyyat bərbad gündə tədris olunur" - İqtisadçı alimdən ETİRAZ
17 Sen 2024 09:51

“Orta məktəbdə iqtisadiyyat tədris edilir. Məsələn. 8-ci sinifin həyat bilgisində iqtisadiyyat bölməsi var. Maraqlı gəldiyi üçün baxdım ki, görək nəyi əhatə edir. Əvvəla şagird üçün ilkin iqtisadi bilik baxımından doğru sahələr seçilməyib. Seçilən mövzular isə çox sistemsiz, hər şey bir-birinə qarışıq, dolaşıq ifadələrlə verilib”.

Bunu News365.az –a açıqlamasında iqtisadçı alim Eldəniz Əmirov deyib. O bildirib ki, bəzən o qədər bəsit fikirlər var ki, sanki 2-c sinif şağirdi üçün yazılıb:

“Amma elə cümlələr də var ki, çətin ki orta statistik ali məktəb tələbəsi bunu oxuyub anlaya bilsin. Bəs həyat bilgisi müəllimi özü onu necə anlasın ki, hələ 8-ci sinifdə oxuyan uşağa izah da edə bilsin. Əksər iqtisadi terminlərin izahı verilmədən cümlələrdə bu terminlər işlədilibr. Yazıq müəllim neynəsin? Hələ şağirdi demirəm...”

Müsahibimiz hesab edir ki, iqtisadiyyatdan mövzu seçəndə bu qədər qatıb qarışdırmaq olmaz:

“Bütün şagirlərin ən ehtiyac duyduğu istiqamət pulun idarə edilməsidir. Həkimə də, müəllimə də, mühəndisə də, traktorçuya bu lazım olur. Orta məktəblərdə ilk növbədə bunu öyrətmək lazımdir.

Ümumiyyətlə, orta məktəb proqramlarına ciddi əl gəzdirmək lazımdır. Bəzi prodemetlərin əlavə edilməsi, bəzilərinin çıxarılması və ya saatının azaldılmasına ehtyac var.

Orta məktəb proqramının detallarının mükəmməl olması üçün bir sahənin mütəxəssislərinin bilik və bacarıqları yetərli ola bilməz. Mükəmməl nəticə üçün təhsil üzrə, hüquq üzrə, iqtisadiyyat üzrə, idman üzrə, tibb üzrə peşəkarların birgə müzakirəsinə gərək var. Fiziki və zehni yük amili, lazımsız mənəvi köhnəlmiş mövzuların dərslikdə qalma faktoru, gələcəklə uzlaşacaq adekvat mövzuların və predmetləri seçilməsi məsələsi və s. kimi məsələr bu gün üçün vacib müzakirə mövzusu olmalıdır".

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər