Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina etdi

Sabiq deputatın şirkəti nağdsız ödənişlərdən imtina etdi
18 Sen 2024 21:52

Mebel istehsalçısı "Embavud" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub.


News365.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb.


Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan "Embavud" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.


Qeyd edək ki, "Embavud" mebel firmasının sahibi sabiq deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub.


Youtube kanalımız

Oxşar xəbərlər