Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq
18 Sen 2024 22:00

Binəqədi və Yasamal rayonları ərazisində aparılacaq təmir-bərpa işləri ilə bağlı sabah saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.


News365.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.


Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, 9-cu mikrorayonda A.Babaşov, M.Məmmədxanov, Z.Fərəcov, 22-ci dağlıq, O.Musabəyov, C.Xəndan, S.Məmmədov, Ü.Hacıbəyov, İ.Cümşüdov, İ.Həşimov küçələrində və MİDA yaşayış kompleksinin Naftalan klinikası, DİN-in Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Youtube kanalımız

Oxşar xəbərlər