Tarixin ən qəddar imperatoru

Tarixin ən qəddar imperatoru
18 Sen 2024 18:39

Imperator Kommod qladiator döyüşlərində izləyicilər arasından təsadüfi adam seçib döyüşürdü. 

News365.az xəbər verir ki, Roma imperatoru Kommod tarixin ən qəddar imperatorlarından biri olub. 300-ü oğlan, 300-ü qız olmaqla 600 cariyəsi olub. İddialara görə bəzən insan və heyvan qanı ilə çimirmiş.

Kommod qladiator döyüşlərini çox sevirdi. Özü də 735 dəfə döyüşübdür və təbii ki, hamısında "qalib" gəlibdir.
İmperator bəzən döyüşü izləməyə gələn izləyicilər arasından təsadüfi formada kimisə seçir, əlinə taxta qılınc verir və əsl qılıncı ilə onu öldürürdü. Kişinin öz dünyası var imiş...
Özünü tanrı Herkules hesab edirdi. Roma şəhərinin adını dəyişib öz adını qoydu. Avqust ayının adını dəyişdirib öz adını qoydu, və s.
Qəddarlığı, zalımlığı 31 yaşında onun sonunu gətirdi. Sui-q*sd nəticəsində öldürüldü. Əvvəlcə zəhərlədilər, sonra peşəkar güləşçi vasitəsilə boğaraq öldürdülər.



Youtube kanalımız

Oxşar xəbərlər