Yeni baş katib: "Ukrayna NATO üzvü olmalıdır!"

Yeni baş katib: "Ukrayna NATO üzvü olmalıdır!"
12:39

NATO-nun yeni baş katibi Mark Rutte diqqət çəkən açıqlamalar verib.

Rusiya mediasının yaydığı məlumata görə, o, "Ukrayna NATO-ya daxil olmalıdır" deyib.Hollandiyanın keçmiş baş naziri olan Mark Rutte oktyabrın 1-dən NATO-nun sədri vəzifəsinin icrasına başlayıb. Siyasətçi Ukraynanın güclü tərəfdarı olub. Rütte həmçinin avropalıları ABŞ-nin keçmiş prezidenti Tramp haqqında mənfi fikirlər səsləndirməyi dayandırmağa və qitənin müdafiəsini gücləndirməyə davam etməyə çağırıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural



Youtube kanalımız

Oxşar xəbərlər