Yardımlı rayonunda bədbəxt hadisə baş verib. Peştəsər kəndində yaşayan 62 yaşlı Ədalət Qasımov mal-qaranı otararkən təxminən 200 metr hündürlükdən qayalıqdan yıxılıb.
News365.az xəbər verir ki, ağır bədən xəsarətləri alan Qasımov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ədalət Qasımov xəstəxanada dünyasını dəyişib.
Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.