Yardımlıda ŞOK ƏMƏL - 12 kq narkotik...

Yardımlıda ŞOK ƏMƏL - 12 kq narkotik...
14 Apr 2025 15:42

Yardımlı Polisi narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi də əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Zaur Rabayev və 43 yaşlı Hacı Əliyev saxlanılıb. 

News365.Az xəbər verir ki, araşdırma zamanı onların Yardımlı rayonunda əldə etdikləri narkotik vasitəni paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdıqları müəyyən edilib. 

Həmin şəxslərin sövdələşmə əsasında narkotik vasitələri götürmək üçün gəldikləri çətin relyefli qayalıq ərazidən ümumilikdə 12 kiloqram heroin və marixuana aşkarlanıb. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Sizin reklam burada
Sizin reklam burada