Kəlbəcərdə maşın aşdı, qadın hərbçi dünyasını dəyişdi – FOTO

Kəlbəcərdə maşın aşdı, qadın hərbçi dünyasını dəyişdi – FOTO
14 Apr 2025 15:29

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
 “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.

Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub. Hadisənin təfərrüatları araşdırılır.

Məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.




Sizin reklam burada
Sizin reklam burada