Xəbər
verdiyimiz kimi növbəti ilin əvvəllərindən minimum əmək haqqı və pensiyalar
artacaq. Təbii ki, bu artım özəl sektorda çalışanların da əmək haqqına müəyyən
qədər təsir edəcək.
Bəs, özəl sektorda çalışanların əmək haqqı nə
qədər arta bilər?
Suala Millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. News365.az–a
açıqlamasında o bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən
minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi təklifləri gələn ayın 1-dək təqdim edəcəyi gözlənilir:
“Bizə
ünvanlanan sualların bir qismi isə özəl sektorda maaş artımlarının
olub-olmaması ilə bağlıdır.
Minimum əmək
haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum
maaş alan işçilərin hammısını əhatə edir. Deməli, gözlənilən artımlar həmçinin
özəl sektora da şamil olunur. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan
aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum
maaşalanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345
manat maaş alarısa minimum əmək haqqındakı artım ona şamil olunacaq. Minimum əmək
haqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır”.
Vüqar Bayramov onu da əlavə edib ki, əgər özəl
sektorda çalışan şəxsin maaşı minimum əmək haqqının yeni artımından sonra
yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından
asılıdır:
“Məsələn, əgər
özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa minimum əmək haqqındakı
artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq.
Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş
alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əmək haqqları həmin
sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əmək
haqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl
sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyyə olunandır”.
News365.az