Yağıntılı və küləkli havanın hansı tarixə kimi davam edəcəyi AÇIQLANDI

Yağıntılı və küləkli havanın hansı tarixə kimi davam edəcəyi AÇIQLANDI
23 Mar 2025 16:39

Yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.



Sizin reklam burada
Sizin reklam burada