“Xüsusilə uşaqlar mövsümü olmayan meyvədən yeməsin“- Terapevt-həkim

“Xüsusilə uşaqlar mövsümü olmayan meyvədən yeməsin“-  Terapevt-həkim
17 Apr 2024 12:23

Mövsümü olmayan meyvə və tərəvəzlərin yeyilməsi həm büdcənizə həmdə canınıza faydalı deyil. Birdə bu meyvə və tərəvəzlərə o qədər kimyəvi dərmanlar (pestisidlər) vururlar ki, bu da ikinci bir dərd. İstixana şəraitində yetişdirilən meyvə-tərəvəzlər üçün müxtəlif kimyəvi maddələrdən, hormonlardan istifadə olunur”.

Bunu news365.az-a danışan Terapevt-həkim Sübhan Hacıyev deyib.

Onun sözlərinə görə, məhsulun saxlanıldığı şəraiti normallaşdırmaq üçün müəyyən üsullardan istifadə olunur. Buna görə də “parnik” məhsulu insan orqanizminə mənfi təsir göstərir, hətta müxtəlif xəstəliklər yarada bilir və mövsümündən qabaq bu meyvələri istifadə etmək faydalı deyil, əksinə, çox təhlükəlidir.

“Xüsusilə uşaqlar bu meyvələrə daha çox maraqlıdır. Valideynlər çalışmalıdır uşaqları qorusunlar. Çünki hazırda bu meyvələrin vaxtı deyil. Sadəcə, üzünə baxanda da təbii olmadıqlarını görmək mümkündür. İndi satışda olan meyvələrin əksəriyyəti ya geni dəyişdirilmiş, ya da istixanalarda yetişdirilib həddən artıq dərman istifadə olunan məhsullardır. Bu dərmanlar orqanizm üçün ciddi problemlər yarada bilər. Belə meyvələr xərçəng riskindən tutmuş ciddi mədə-bağırsaq pozğunluqlarına qədər gətirib çıxara bilər. Bir sözlə, hazırda bu meyvələrin istifadəsi məsləhət görülmür”,- deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər