Xəzər RİH-də payız-qış mövsümünə hazırlığın yekunlarına dair müşavirə keçirildi - FOTO

Xəzər RİH-də payız-qış mövsümünə hazırlığın yekunlarına dair müşavirə keçirildi -  FOTO
20 Noy 2023 12:38

Xəzər Rayon İcra Hakimiyyətində 2023-2024-cü illər üzrə payız-qış mövsümünə hazırlığın yekunu, görülmüş işlər, mövcud problemlər, eləcə də İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrin icrasına həsr olunmuş müşavirə keçirilib.

Keçirilən müşavirədə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Hüquq və kadr məsələləri şöbəsinin müdiri Ramil Qədimquliyev, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Xəzər RİHB-nın müavinləri və şöbə müdirləri, rayon üzrə fəaliyyət göstərən idarə-müəssisə, təhsil, səhiyyə və mədəniyyət evlərinin rəhbərləri, RİH başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Bakı şəhərində, o cümlədən Xəzər rayonunda ölkəmizin inkişafı naminə həyata keçirilən islahatlardan, əhalinin rifahının yüksəldilməsi üçün geniş vüsət alan abadlıq-quruculuq layihələrindən, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsar Mirzəliyev Xəzər rayonunda 2023-2024-cü illər üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş işlər barədə geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağını, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini vurğulayaraq, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələr haqqında geniş məlumat verib.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Anar Tağıyev, Ayaz Hüseynov və Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini, bütün təsərrüfat subyektlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi barədə tövsiyə və tapşırıqları nəzərə çatdırdılar və qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalarını qeyd ediblər.

Müşavirədə payız-qış mövsümünə hazırlığın yekun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sonda müşavirədə yekun nitqlə çıxış edən Elşən Salahov 2023-2024-cü illər üzrə payız-qış mövsümünə hazırlıqla əlaqədar təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisələrin qarşısında duran vəzifələrin əhəmiyyətini bir daha vurğulayaq, qış aylarında yarana biləcək problemlərin operativ şəkildə aradan qaldırılması üçün bütün imkanlardan maksimum istifadə etməsini qeyd etdi.

  • Xəzər RİH-də payız-qış mövsümünə hazırlığın yekunlarına dair müşavirə keçirildi - FOTOLAR

Youtube kanalımız

Oxşar xəbərlər