Deputatlar Dağıstana gedir - SƏBƏB

Deputatlar Dağıstana gedir - SƏBƏB
17 Apr 2025 14:56

Milli Məclis sədrinin müavini Musa Qasımlı və deputat Azər Badamov Rusiya Fedrasiyasının Dağıstan Respublikası Xalq Məclisinin 30 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 17-də Mahaçqala şəhərinə səfər edəcəklər.

News365.az-ın məlumatına görə, səfər çərçivəsində Milli Məclisin deputatları “Parlamentlərarası əməkdaşlıq: qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, regionlararası və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi amili” mövzusunda konfransda və Xalq Məclisinin 30 illiyinə həsr olunmuş təntənəli yığıncaqda iştirak edəcək, bu yubileyə həsr olunmuş fotosərgiyə baxacaq və bir sıra digər mədəni tədbirlərə qatılacaqlar.

Qeyd edək ki, deputatların səfəri aprelin 20-də başa çatacaq.


Sizin reklam burada
Sizin reklam burada