Rusiyada yeniyetmənin törətdiyi ağır cinayət ölkədə gündəmə çevrilib. O, həmyaşıdlarını dəhşətli şəkildə qətlə yetirib. Bu gün İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmələrin ölümü ilə əlaqədar matəm elan edilib.
Baykalsk meri faciəvi fövqəladə vəziyyətdən sonra şəhərdə üç günlük matəm elan edib.
"Həlak olanlar və yaralananlar var. Ölənlər üçün kədərləndiyimizi bildirir, onların ailələrinə və yaxınlarına başsağlığı verərək, mayın 28, 29 və 30-da Baykal şəhər qəsəbəsində üç günlük matəm elan edirəm", - şəhərin başçısı Vasili Temgenevski yazıb.
Qeyd edək ki, gecə bir qrup yeniyetmə bağ evlərindən birində ad günü məclisinə toplaşıblarmış. Onlardan biri həmyaşıdlarından dördünü bıçaqla öldürüb, daha dörd nəfər isə xəstəxanaya yerləşdirilib. Ağır cinayətdən sonra qatil olduğu iddia edilən şəxs daçanı yandırıb və yanğında özü də ölüb. Məlumata görə, o polisin evə yaxınlaşdığını görəndən sonra bu addımı atıb.
Tural