Azərbaycan Qarabağ məsələsinin həlli zəminində bir neçə qələbə qazanıb. Döyüş meydanındakı qələbədən sonra siyasət, diplomatiya meydanında da qələbə qazanıb. Qalib gəlmək asandır, amma qələbəni qorumaq, əldə saxlamaq çətindir. Azərbaycan məhz bunun da öhdəsindən gələrək qələbəni qoruyub saxlayıb. Sonuncu, ən mükəmməl qələbə isə düşmənin sülhə məcbur edilməsi, bir daha təcavüz niyyətinə düşməsi ehtimalının minimuma endirilməsidir.
Yəni, bu son 5 ildə sözü gedən qələbələrin əldə edilməsi möhtəşəm nailiyyətdir.
Xalqın birliyi, Ali Baş Komandanın ətrafında sıx birləşməsi, ordunun qüdrəti, rəhbərin yüksək liderlik qabiliyyəti və müdrik siyasəti vəhdət təşkil edərək ilahi təqdiri gerçəkləşdirdi!
Bu qələbə təkcə torpaqların işğaldan azad edilməsi deyil, həm də dövlətimizin dünyada nüfuzunun, qüdrətinin artmasının təsdiqidir.
Bu müqəddəs yolda xalqımıza yar olan Uca Yaradana şükürlər, bütün şəhidlərin ruhu şad, qalib xalqımızın qələbə bayramı mübarək olsun!