İki qardaşa illərlə fiziki zorakılıq göstərilib.
Hadisə rayonun Yergüc kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 33 yaşlı Ələsgər və 27 yaşlı Əmiraslan Əspəndiyevlərın ögey qardaşları İlyas Əspəndiyev və onun ailəsi tərəfindən vəhşicəsinə döyülmələri ortaya çıxıb.
Məlum olub ki, İlyas Əspəndiyev həyat yoldaşı Yeganə və oğlu Elşən nitq qüsurlu Ələsgərə və qardaşı Əmiraslana ailə üzvləri 14 ildən artıqdır fiziki zorakılıq göstəriblər.
Onların Ələsgərlə Əmiraslanı illərdir amansızlıqla döymələri və şəxsi təsərrüfatında qul kimi işlətdikləri aydın olub.
Bu barədə məlumat Yergüc İnzibati Ərazi Nümayəndəliyinə daxil olub və araşdırma aparılandan sonra rayon prokurorluğuna məlumat verilib.
Dəhşətli faktla bağlı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Bizim.Media-nın sorğusunu cavablandırıb.
Onun sözlərinə görə, məsələ Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb:
“Daxil olan məlumat üzrə araşdırma aparılır. Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq xəsarətin dərəcəsi müəyyən olunmaqla əmələ hüquqi qiymət veriləcək".