Bu gün və
sabah üçün tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Abşeron
yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir
ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Məsələ ilə
bağlı News365.az -a danışan həkim Rasif Bağırov bu
günlərdə bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab
edir:
“Belə günlərdə
müəyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur
və belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.
Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan,
bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.
Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava
hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər.
Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən
insanlar bir qədər diqqətli olmalıdırlar”.
News365.az