Dörd hərbçimiz minaya düşdü – Son vəziyyət açıqlanıb + YENİLƏNDİ

Dörd hərbçimiz minaya düşdü – Son vəziyyət açıqlanıb + YENİLƏNDİ
11:25

Kəlbəcərdə hərbi qulluqçuların minaya düşməsi ilə bağlı cinayət işi açılıb. 

Bu barədə Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

***

Kəlbəcərdə hərbi yük avtomobili minaya düşüb. 

Müdafiə Nazirliyindən News365.az-a verilən xəbərə görə, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.   

Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib.   

Onların həyatları üçün təhlükə yoxdur. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada