Məşhurlarımız
arasında küsülülük məsələsi yeni deyil. Amma sözdə hər kəsə örnək olacaq məşhurlarımız
bu xoşagəlməz ənənəni bu gün də yaşadırlar.
News365.az
xəbər verir ki,
sabiq millət vəkili Etibar Əliyev bu məsələyə toxunub. O özünün sosial səhifəsində
bu barədə yazır:
“Bizim Xalq
yazıçıları niyə bir-birilərindən küsülü qalırlar?
Əkrəm Əylisli:
“Öləcəyimi bilsəm də,Anarla barışa bilmərəm”.
Anarla Əkrəm
Əylisli yumşaq desək, düşməndirlər. Rəhmətlik Elçin isə Əkrəm Əylisli ilə ölümqabağı
barışıblar.
Akademiklərimiz
də belədirlər. Elm və sənət insanları dostlaşdırmalıdır. Böyük yazıçı və alimlərin
məktublaşmaları başqa bir xəzinədir. Bizdə isə məktublaşma nədir, heç bir-biriləri
ilə danışmırlar.
Yəqin ki,
Dantenin “ İlahi komediya” əsərini oxuyub başa düşməyiblər”.
News365.az