WhatsApp hesabları kütləvi şəkildə ələ keçirildi

WhatsApp hesabları kütləvi şəkildə ələ keçirildi
30 Yan 2025 14:19

Rusiyada kütləvi şəkildə WhatsApp hesablarının ələ keçirilməsi halları baş verib. Xüsusən də oxşar hadisələr Novosibirskdə daha tez-tez baş verir. Fırıldaqçılar istifadəçilərin adından 30 min rubldan 50 min rubla qədər borc istəyən mesajlar göndərirlər. "Gazeta"nın yaydığı məlumata görə, bu sxem təkcə Novosibirskdə deyil, bütün ölkədə fəaliyyət göstərir. Nəşr Novosibirsk Online-yə (NGS) istinad edib.

Zərərçəkənlərdən biri olan Yevgeniya NGS-ə bildirib ki, onun adından 50 min rubl borc tələb edən mesajlar göndərilib. Qadın heç bir şübhəli linkə tıklamadığını və telefonunun hər zaman yanında olduğunu iddia edir. Sonda qadın dostlarına zəng edib vəziyyəti izah etməli olub.

Tural