Xarkov şəhəri Ukraynanın davamlılığının və müqavimətinin əsas simvollarından birinə çevrilib.
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlərin yenidən qurulması və Gələcək Şəhər" adlı tədbirdə deyib.
Onun sözlərinə götrə, Xarkov Ukraynanın yaşadığını, bərpa olunduğunu və qalib gələcəyini göstərir: "Şəhər cəbhə xəttinin yaxınlığında yerləşməsinə baxmayaraq fəaliyyətini davam etdirir. İkinci Dünya müharibəsindən sonra ən böyük dağıntıları yaşayırıq. Bu gün biz müharibə davam etdiyi halda bərpadan danışırıq. Ukrayna şəhərlərinin yenidən qurulması üçün beynəlxalq dəstəyin artırılması vacibdir".
Səfir Azərbaycana göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib.