Bəzi yerlərdə intensiv yağış yağıb, dolu düşüb

Bəzi yerlərdə intensiv yağış yağıb, dolu düşüb
18:40

Mayın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb. 

Bu barədə News365.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, mayın 21-i saat 18:00-a olan məlumatına əsasən, saat 15:30-15:35 radələrində Şəki rayonunun Şin kəndi və Aşağı Layısqı kəndlərində diametri 15-20 mm, saat 16:15-16:30 radələrində Qusar rayonunun Laza kəndinə diametri 10-12 mm, saat 16:20-16:30 radələrində isə Balakən rayonunun Qazbölük kəndinə diametri 10-12 mm dolu düşüb.


Sizin reklam burada
Sizin reklam burada