Fərid Əhmədov ona rəis vəzifəsini həvalə etdi

Fərid Əhmədov ona rəis vəzifəsini həvalə etdi
21 May 2026 11:02

Mingəçevir şəhər icra və probasiya şöbəsinə rəis təyinatı olub.

News365.az xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə bu vəzifənin icrası 3 ay müddətinə Asif Hüseynova həvalə edilib.

Məlumat üçün bildirək ki, A.Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olaraq Tovuz rayon icra və probasiya şöbəsində icra məmuru, 2022-ci ildən böyük icra məmuru vəzifəsində işləyib. 2025-ci ildə isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada