Danışıqlar yenidən çətinləşə bilər

Danışıqlar yenidən çətinləşə bilər
20:20

ABŞ və İran arasında aparılan danışıqlarda gərginlik artıb.

News365.az “Reuters”ə istinadla xəbər verir ki, İranın ali dini lideri Ayətullah Müctəba Xamenei ölkənin silah istehsalına yaxın səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının xaricə göndərilməməsi barədə göstəriş verib.

Məlumata əsasən, bu qərar Tehranın Vaşinqtonun əsas tələblərindən biri ilə bağlı mövqeyini daha da sərtləşdirib.

Qeyd olunur ki, İranın bu addımı ABŞ prezidenti Donald Trump administrasiyasının narazılığına səbəb ola və İranla bağlı ABŞ-İsrail müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqları çətinləşdirə bilər.



Sizin reklam burada
Sizin reklam burada