Bu gün İranın Hörmüzqan əyalətinin Dərgəhan şəhərində Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə ISNA məlumat yayıb.
Məlumata görə, 13:26-da meydana gələn yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik hadisə nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.